Mərdi yıxılmağa qoymadı mərdlər,Hayına, sayına yaraq getdilər.Namərdlər gah qara,Gah ağ yamaqdı,Yamaq yaşadılar, yamaq getdilər.

Boylan günəşlərə, tüstülü bacam,Mənzil haqlamadı hər yüyrək qaçan,Bəzən gözümüzün qabağındacaAramla gedənlər uzaq getdilər.

Qapılma şöhrətlər,tapılma şanlar,Kiminə yəhərdi,Kiminə şallax.Yüzü haxlayanlar, yüzü aşanlar,Yenə də dünyadan uşaq getdilər.

Torpağa yar deyən qovuşdu ona,Var sözü – keşikçi, qoşundu ona,Susan qələmi də qoşuldu ona,Vədəsiz getdilər,Üzü ağ getdilər.

Sentyabr, 1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri