Babək qılıncı
Ballada
I
Bir alim dilindən qopdu qığılcım,Oyandı hövlnak daş qərinələr.Deyirlər, tapılıb Babək qılıncıMuştuluq paylayın, qarı nənələr!
Bayram edəsiyəm bu günü, bayramOx-qılınc nəvəsi silahlar ilə.Bir yaraq önündə büdpərəst ollam,Vuruşa-vuruşa allahlar ilə.
Gəlin, a zirvələr qayalı-yallı,Qol-qola yapışaq, yaman çağımdı.Yallı gedəsiyəm, bir dəli yallı,Araz dəsmalımdı,Kür şallağımdı.
Riyalar, xülyalar bazarı açanMinbərlər şəninəvay salmağım var,Nəsimi, Nəimi məzarınacanYerin qulağına hay salmağım var.Deyirlər, tapılıb Babək qılıncı!
Ölümlə əlbəyaxa hansı nər idi,Qanlar daşqınından götürdü onu.Özünə ərköyün övlad elədiBabəkin yaralı, qılınc oğlunu.
Neçə il qaldılar mağaralarda,Bir qoca daşların yeminə döndü.Qılınc qəzəbindən daş zağalardaQayalar əriyib dəmirə döndü.
Babək, qılıncını yerə atandaMin igid qolunu torpağa atdı.Bəlkə də bu torpaq bir od qatındaOnları əridib, qılınc yaratdı.
II
Min qoldan güc alan bir ağıl gücüZülmətlər deşəsi yol olmalıydı.
Yaşamaq istəyən bu torpaq üçünQol-ağıl, ağıl da qol olmalıydı.
Deyirlər, tapılıb Babək qılıncı!Babək harayının nidalarınıTop kimi çiynimdə saxlayasıyam,Babək qılıncının şüarlarınıRaketlər burnuna bağlayasıyam.
Qürurlu qayalar, səs eşidin ki...Bir az da şux dursun heykəl qalalar.Xəndəklər, yarğanlar dərinləşin ki,Qorxuram qorxaqlar evsiz qalalar.
Bu nə titrəmələr, bu nə əsmələr...Bu necə haraydı, bu necə səsdi.Bütün çeynəmələr, bütün kəsmələr,Bütün tapdamalar səsini kəsdi.
Gözü qarnındalar hörümçək kimiÇəkilib qısıldı dib – bucaqlara.Yalançı dilləri gəmircək kimiÇəkib tapşırıramdaş bıçaqlara.
III
Bir qoca dəmirçi qılınc naxışlar,Yazar dəstəyinə: «İnsan vüqarı».Bəzən bir igidə onu bağışlar,Bəzən də yüz yaşlı göyçək bir qarıAlar bu təltifi, sıxar döşünə.Oğul qeyrətinə baş əyməyənin,Ana hörmətinə baş əyməyəninÇəkib bu qılıncı, çaxar döşünə.
İndi bir gözədə bulaq nazlanıb,Bir dodaq üzünü püləmək istər.Bir dərə dolusu quş pərvazlanıbDünyanı nəğməyə bələmək istər.
Bir səhər bu səslə qalxdım yerimdən,Günəşlə bir baxdım yer kürəsinə.Bu səhər dünyada tuş olmadım mənAğlayan, sızlayan ana səsinə.
IV
Ana qayğısıyla başıma əl çək.Xeyirxah əməllər, işıq əməllər.Qayada bitəcək, daşda bitəcəkBir toxum yetirib bərəkət əllər.
Ütük bir hiyləgər irişdi üzdə,Xəbər yabısına çubuğu dindi...Sərhəd qoşunları, üfüqümüzdəQalxan bir dağa da söykənin indi!
Deyirlər, tapılıb Babək qılıncı,Babəki son anda udan qaraltıDirilib bir qara duman gəzəcək,Babəki son anda satan qaraltı,Bu səsi boğmağa güman gəzəcək.
Deyirlər, tapılıb Babək qılıncı,Bu, yalan olsa da, doğrulmalıdır!Onun döyüşdüyü dağ xıncım-xıncım,Dərə qıyma-qıyma doğranmalıdır!
Babəkin məzarı düzəndi, dağdı,Bu dağlar, düzənlər qazılsın gərək.Babək heykəlinə Babəkin adıBabək qılıncıyla yazılsın gərək!
Sentyabr – oktyabr, 1970
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-babek-qilinci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz