Dedi bir əhli-elmə bir zalim –Key olan şər sirrinə alim!Mənim üçün buyur ibadətdən,Hansı əfzəldi cümlə taətdən?Dedi: – Ey padşahi-zülmşitab,Sənə əfzəldi hər bir işdən xab,Ta yatan vəqt, ey fələkkirdar,Görməyə xəlq bir nəfər azar.Padşalərdə ədl əhsəndir,Fitnənin yatmağı mühəssəndir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət