Aləmə fitnə salan mədəni-şərdir vaiz,Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.

Anası daməni-mehrabə atıb qundağın,Eyləmə cəhl ki, məchul-pədərdir vaiz.

Gətirib tazə genə şəhrə cəhənnəm xəbərin,Sifətindən deyəsən əhli səqərdir vaiz.

“Rətbü Yabisdən” açıb bab, salıb məbhəsələr,Quru sözdən nə bitər, mədəni-şərdir vaiz.

Özü layəqilü sərməsti-meyi-qəflətdir,Söyləyir badəni kim, əqlə zərərdir, vaiz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yox yəqin olmayan işdən sözünü nəql eylər,Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana