Şadəm ki, könlüm oldu ol zülfü xalə mail –Kim, qarəbəxtlikçün candan olubdu qabil.

Ey xoş o gün ki, tiğin çak eyləyə vücudum –Kim, çöhreyi-visalə, oldur aradə hail.

Əzbəs ki, tutmuşam xu hicrinlə, ey cəfacu,Olmaz dili-həzinim hərgiz visalə mail.

Rəmzi-dəhanın, ey gül, əhli-dəqayiq içrə,Nə sirrdir ki, salmış yüz bəhsü yüz məsail.

Oldu qübari-rahım mərdüm gözünə sürmə,Ta kuyin itlərindən kəsb eylədim fəzail.

Ağzın məbahisində nəfyi-vücud edənlər,Göftarə gəl ki, görsün isbatına dəlail.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qıldı əsiri-qürbət bu Seyyidi-həzini,Bir sərvi-mahpeykər, bir şuxi-xoşşəmail.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq