O qəragöz ki, mənim eşqdə sultanımdır,Xaki-payı gözümə köhli-Sifahanımdır.

Nə pəri sədməsidir sərdə, nə sövdayi-cünun,Məni Məcnun edən ol zülfi-pərişanımdır.

Sanma kim, arizi-alın xət ilə oldu siyah,Səni, ey mahi-pəriçöhrə, tutan qanımdır.

Qaldı can, çəkdilər ol şuxun oxun cismimdən,Eylə bildim ki, oxu qaldı, çıxan canımdır.

Getmə kəc, ey dili-şeyda, o hilaləbrunun,Gər desəm mah üzün, eşqdə nöqsanımdır.

Xızr ol səbzxətin təng dəhanın görcək,Basdı kim bağrına, bu çeşmeyi-heyvanımdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, ol şəm qəmindən gecələr sübhə kimiYanan əhvalıma kim, bu dili-suzanımdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq