Divanəsidi
Gecə-gündüz həsrətini çəkirəm,Xəyalım xəyalın divanəsidi.Məni səndən uzaq saldı seyraqub,Bu çərxi-gərdişin zəmanəsidi.
Mina boylu, siyah telli sevdiyim,Uzaq durub yaxın sözün dediyim.Acı sözün şəkər kimi yediyim,Yarım gözəllərin vəfalısıdı.
İnsaf eylə, ay beymürvət, ay zalım,Dolanım başına, dərdini alım.Ala gözlü, şux baxışlı tərlanım,Qasım da gözlərin sadağasıdı.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-divanesidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Hər kimin cananı kim, bir əhli-ürfan olmaya
Hər kimin cananı kim, bir əhli-ürfan olmaya,Şahi-aləm olsa, onda rahəti-can olmaya.
QərənfilSəni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.