Dəli könül, məndən sənə əmanət
Dəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.Bir gün olar, qohum, qardaş yad olarDemə ulusum var, elim yaxşıdı.
Bir məclisə varsan özünü öymə,Şeytana bac verib, kimsəyə söymə,Qüvvətli olsan da yoxsulu döymə,Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olgunan,Qadadan, baladan qaçaq olgunan,Aşıq ol, comərd ol, alçaq olgunan,Demə; varım çoxdur, pulum yaxşıdı.
Xəstə Qasım, kimə qılsın dadını?Canı çıxsın, özü çəksin odunu,Yaxşı igid yaman etməz adını,Çünki yaman addan ölüm yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-deli-konul-menden-sene-emanet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nolə ki bağrımı həm çeşmi-giryan eylər,Mənə fərman özünündür nə ki canan eylər
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri