Ay ağalar, gəlin sizə söyləyim,Yalqız daşdan olmaz, divar deyərlər.Bəzirgansan, aç mətahın, xırd eylə,Ararlar: yükündə nə var? — deyərlər.

Ovçu olan bəslər alıcı quşu,Sərraflar tanıyar qiymətli daşı,Bir oğul atadan artırsa işi,El içində ona tavar deyərlər.

Qızıl gülü dəstə-dəstə dərginən,Dəribən də yaylıq üstə sərginən.Hər nə versən öz əlinlə verginən,Yüz qadanı başdan sovar deyərlər.

Neynirəm bir bağı, barı olmasa,Alması, heyvası, narı olmasa.Bir igidin dövlət-varı olmasa,Yeləksiz ox kimi çovar deyərlər.

İsgəndər atlandı, çıxdı zülmətdən,Qasım, Xızr içdi abı-həyatdan.Bəhsə duşsə igiddən, qılıncdan, atdan;Süfrəni hamsınnan kübar deyərlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri