Ey gül, nə rəvadır səni meyxarə desinlər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey gül, nə rəvadır səni meyxarə desinlər,Bədnam desinlər səni, avarə desinlər.
Xəlvət nə rəva qeyr ilə, ey Yusifi-sani,Kim, pirəhəni-ismətüvi parə desinlər.
Xurşidi-mey ardınca səni hər gecə ta sübh,Ey mah, nə layiqdi ki, səyyarə desinlər.
Hər qəlbi qara nakəs ilə eyləmə ülfət,Heyfa, səni aləmdə üzüqarə desinlər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid təki etmə həvəsi-badeyi-gülgun,Qorxum budur, ey məh, səni meyxarə desinlər.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ey-gul-ne-revadir-seni-meyxare-desinler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Varı bir xeyirsöyləməz nadan,Dilinə xeyir gəlməyib bir an.
Yerdəkilərin göyə şikayətiBir zaman tutdu zülm dünyanı,Ucalır xəlqin ərşə əfğanı.
Şirvanın təzə bəyləri haqqındaÇünki xəllaqi-cahan xilqəti-imkan elədi,Kənzi-məxfidə olan sirri nümayan elədi,
Ayı və siçan hekayəsiBir ayı yatmış idi rahətlə,Uzanıb xeyli istirahətlə.