Yarımı yar eylədin əğyarə, ey fələk
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yarımı yar eylədin əğyarə, ey fələk,Etdin gülü nəsib genə xarə, ey fələk.
Saldın şüai-mehrüvi rüxsari-yarıma,Etdin zəmanədə günümü qarə, ey fələk.
Hər nisfi-şəbdə səndə degildir sitarələr?Açdın o mahə dideyi-nəzzarə, ey fələk.
Saldın səfər havasına yari-əzizimi,Etdin o mahi-sabiti səyyarə, ey fələk.
Yaxdın fəraqi-yar ilə könlümü, həqqi varAhım şərarı yaxsa səni narə, ey fələk.
Bidərdlərdə dərd görüb çarə eylədin,Yoxdur bu dərdi-hicrə məgər çarə, ey fələk?
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid şikayət eyləsə səndən əcəb degil,Yarımı yar eylədin əğyarə, ey fələk.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-yarimi-yar-eyledin-egyare-ey-felek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Seyyid, qəmü möhnətlə pərişan olma,Qönçə kimi qəmdən cigəri qan olma,
Hərgiz yox imiş təbi-Şüaidə şüaHərgiz yox imiş təbi-Şüaidə şüa,Bihudə qılır şeir məzaqində niza,
Məhşərdə xələl yetməsə idrakımızaMəhşərdə xələl yetməsə idrakımıza,Gəlməz ələmi-həşr bizim bakımıza,
Əngurdə mey şirəsi, ey əhli-səfa!Əngurdə mey şirəsi, ey əhli-səfa!Yerlə gög arasında qılıb nəşvü nüma;
Başqa şairlərin şeirləri · Hicran
"Ayn" "lam" içində, "sin" arasında,Yar mənə göndərdi bir cəviz indi.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی