Can tazələnir ləli-dürəfşanını görcək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Can tazələnir ləli-dürəfşanını görcək,Dil xürrəm olur sərvi-xuramanını görcək.
Dağlarə çıxıb saldı başın sünbül aşağə,Ol lalərüxün zülfi-pərişanını görcək.
Püstə dəhəni açıla qaldı həsədindən,Ol sərvqədin qönçeyi-xəndanını görcək.
Yəqub neçin ölmədi, bilməm, fərəhindən,Can nəqdi olan Yusifi-Kənanını görcək?
Cananı görən ləhzədə can düşdü ayağə,Yalvardı gəda əcz ilə sultanını görcək.
Bu xaki-siyəhdən başımız çərxə ucaldı,Ol mahrüxün gündə bir ehsanını görcək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, elə bildim ki, bəqa suyunu içdim,Ol səbz-xətin qətlimə fərmanını görcək.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-can-tazelenir-leli-durefsanini-gorcek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey oğul, əksəri-zənani-cahanƏrinin mərginə olur nigəran.
Baqqalın arvadının hekayəsiÇəkdi bir padşahi-xunxarə,Bir nəfər düzdi-müfsidi darə.
Oğluma xitab (Cəfər, ey sadəlövhü pakzəmir)Cəfər, ey sadəlövhü pakzəmir,Bil ki, vardır zənanda çox təzvir.
Məkri-zənanVar idi bir müsənnifi-adil,Elm dəryasi, mürşüdi-kamil.
Başqa şairlərin şeirləri · Eşq
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Yadındamıdır?Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,