Bir zaman biz dəxi ol mah ilə həmxanə idik
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bir zaman biz dəxi ol mah ilə həmxanə idik,Şəmi-rüxsarəsinə yanmağa pərvanə idik.
Şuri-mey başda, əyağ əldə, səbu zanudə,Məclisi-eyşdə həmkaseyi-cananə idik.
Rəşki-səd aqilü fərzanə idik gərçi ki, biz,Həlqeyi-silsileyi-zülfdə divanə idik.
Hüsnünə məzhər idik ol büti-siminbədənin,Üzünə ayinə, geysulərinə şanə idik.
Uzadıb başımızı xümdən içərdik meyi-nab,Məst meyxanədə, biminnəti-peymanə idik.
İndi bir qeyri sayaq ilə ötürsən bizdən,Biz məgər kim, sənə, ey gül, belə biganə idik?
Məqtə — şairin təxəllüsü olan son beyt. Ol büti-leylivəşin aşiqi-məcnunu olub,Şöhrəti-eşq ilə Seyyid kimi əfsanə idik.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-bir-zaman-biz-dexi-ol-mah-ile-hemxane-idik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir duasi qəbul olan dərvişSaldı Bağdad şəhrinə təşviş.
Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdənHəzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.
Hekayət (Omiros adlı bir həkimi-zaman)Omiros adlı bir həkimi-zamanƏrzi-Yunanda olmuş idi əyan.
Hekayət (Var idi bir maral çox ətşan)Var idi bir maral çox ətşan,Gəldi bir çeşmə üstə ol heyvan.
Başqa şairlərin şeirləri · Eşq
Bu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd