Omiros adlı bir həkimi-zamanƏrzi-Yunanda olmuş idi əyan.O həkimü ədibü şair idi,Şer fənnində xeyli mahir idi.Bir nəfər mərd söylədi anə –Key hünərvər, həkimi-fərzanə.Deyiləm gərçi mədhə mən layiq,Həcvüvə lakin olmuşam şaiq.Bir neçə beyt həcv qıl məzkur,Ta olum cümlə aləmə məşhur.Etmədi ol sözü həkim qəbul.O təmənnadə şəxs oldu məlul.Dedi bəs, ey ədibi-mülki-cahan,Deyərəm xəlqə kim, həkimi-zamanBim edir məndən ol bədikəlam,Eyləməz həcvə xövfdən iqdam.Gör lətifə həkimi-fərzanəNə cavab eylədi həkimanə:Dedi ki, bəs desən ki, şiri-jəyanQorxudan vurmadı itə dəndan,Hiç kəs səndən eyləməz bavər,Şir fəzlin bilirlər əhli-hünər.Dedi ol şəxs: – Eyyühəl-fazil,Oldu səd şükr, mətləbim hasil.Sağ ol, ey filosofi-danişvər,Mənə bu həcv xud kifayət edər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri