Əsiri-dərdü qəmi-hicri-canşikar oldum,Nədən ki, qorxur idim mən ona düçar oldum.

O gülüzardən axır məni ayırdı fələk,Baharım oldu xəzan, mübtəlayi-xar oldum.

Olubdu təhti-fələk təng beytül-əhzanım,Fəraqi-Yusif ilə xakü xaksar oldum.

Dönüb kənarələrim rudi-Nilə əşkimdən,O vəqtdən ki, mən ol mahdən kənar oldum.

Ayırdı Yusifi məndən bəradərani-qəyur,Bəlayi-hicrdə mən zarü biqərar oldum.

Nə cürm etmiş idim, ey xudayi-pakü əhəd,Yanıb fəraq oduna mən əsiri-nar oldum.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yeriydi yaxsa məni çərx narə, ey Seyyid,Ki, bivəfalərə mən çün ümidvar oldum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran