O gözəl varağın, xətti-camalıÖzü bir, mətləbi yüzdü, ə, mindimi?Cəm olub şairin bunda kamalı,Oxuyanlar anlar, yüzdə mindimi.

Mürğünə dəstində atı gözəl dən,Yaman xədəng oxu atı göz əldən.Hicranın qəmindən atı, gözəldənDərindən alanlar yüzdə mindimi?

Əlif allah, bey bir, hey hara sinsin,Bey bağışlar onda hey hara sinsin.Qəmzədə İmanam, hey hara sinsin,Bir ismə intizar yüzdə mindimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran