Şimaldan səs
Aprelimiz münasibətilə
Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqdı,
Dəmir qəfəsimi dəmir divarla hasarlayan
canavar gözlü qartallar
Daima ayıqdı!..
Ağır dəmir
Zəncir
Atəşli ah ilə yanan boğazımı silir,
Üzviyyətim əzilirdi!
Səsim acizliyin kimsəsiz üfüqlərində sönür,
Varlığımın sonu kibi nəfəsim ölgüncəsinə dönür!..
Eşitmədiyim bir səs yucaldı
Qəfəsi yardı,
Qartalların yüzü saraldı.
Qırılan zəncirin tökülən pası
Ki, tərkibindəki çəmişin çürük təməlləri var idi.
Topuğuma vardı.
Bən
Birdən
Əlimdən tutan bir qüvvətin salamı ilə düzəldim
Durdum
Ona yönəldim...
Sordum...
Mühitimi saran səsi.
Sordu adımı
Sarıdı qanadımı,
"Qızıl Azərbaycan!" yazdı.
Məhbəsimi dibindən qazdı,
Gəldim dilə,
Şimalı göstərdi
Və dedi:
Dinlə: -
- Bu qovğaaa... son ən qəəə... ti
Şanlı... biiir... hərb oluuur...
inter...nasionaaalla
İnsanlıq. ..caaan...buuu...luuur!...
Şimal,
İnternasionallar
Ordusuna qovuşdum.
Əl-ələ tutuşdum...
Salama sarıldıq,
Zəfər bayrağının dalğalı kölgəsi altında
Daşdıq,
Üfüqləri aşdıq...
Ağır addımlarla qoşduq!
Coşduq, ərzin qartal buynuzlu saraylarına yanaşdıq,
Durduq, tağım komandası ilə,
Son və qəhredici təpik vurduq...
Qartallar yerə sərildi,
Qanadları gərildi.
Əsgilik yedi qat yerin dərinliyinə batdı.
Burjuaziyanın həyat mexanizmi yatdı.
Verildi: - qudok
Anılan yeni texnikalı dünyanın
Əsasını marksizm yolu ilə qurduq,
Yaşayışı zəhmətlə yoğurduq.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-simaldan-ses
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.
MaşındaMaşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.
Məhəbbət, yaxud qəlp pulQəlp pul yayan kəs ölkədə cinayətkar hesab olunur və ən ağır cəza ilə cəzalanır. Çünki, bu peşənin sahibi dövlət və xalq təsərrüfatını pozub dağıdan, aralığa hərc-mərclik salan adamdır. Hansı yerdə qəlp pulun kökü kəsilməsə, oranın əhalisi rahat yaşaya bilməz. Bu azara təkcə təsərrüfatda yox, əxlaqda da təsadüf olunur.Xüsusən bəzi nadürüst cavanlar, üzdəniraq, nəcisi konfet kağızına bükən kimi ürəklərini məhəbbət yazılı bəzəkli-düzəkli ibarə ilə m əsum, sadəlövh qızların qarşısında beş günlüyə səxavətlə xərcə verirlər: "Həyatım qədər sevdiyim", "Qəlbimin sultanı, ömrümün baharı, filan xanıma!"
Mən də bir elçi kimiBilmirəm, Şamlıcada olmuşsunuz, ya yox. Bu kənd Gəncə dağlarının səfalı guşələrindən biridir. Yazın gözü açılandan ta payız şaxtalarına qədər bura yaylaqçıların həvəslə axışdığı yer olur. Təkcə Gəncədən yox, lap uzaq yerlərdən bura köçüb gələnlərin, təkər-təkərə verən maşınların, istirahət evində, uşaq bağçalarında, pioner düşərgəsində qaynaşanların sayı-hesabı bilinmir.Kənd iki hissədir: Çaybaşı, bir də Aşağı küçə. Çaybaşı kəndin abad, əslində mərkəz hissəsidir. Dağın döşündə, qayalıqların altında, dərənin ilk şırımında yerləşib. Sərin bulaqlar, meşə idarəsi, istirahət evi buradadır. Qayalıqlardan enib köç yolunu ötəndə, düzənliyə keçəndə böyük tikintilər əvəzinə yamaclar, cığırlar içində alçaqca damlar, tikanlı çəpərlər, ot tayaları görürsən.
Başqa şairlərin şeirləri
Mirzəcan:**Mən ki öldüm, həsrətindən ey Pəri
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirədEtiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
Əlac nədirAytən xanım,Bir ölkədə
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.