Yüz feyzin olsa xəlqə əgər afitab tək,Dövran salar ayağa səni mahtab tək.

Bilməz rümuzi-söhbəti-həmraz dərdini,Nadanə əhli-dil açıla gər kitab tək.

Olma məlali-xaxiri-ərbabi-mərifət,Hər vardığın büsatə səfa ver şərab tək,

Yox eybi kimsədən sənin ehsan qəbuluvun,Ehsan edərsən aldığuvu gər səhab tək.

Məmlüvv ikən həvayi-məhəbbətlə sinəmiz,Seyli-həvadis ilə yıxıldıq hübab tək.

Ol afitabrüxlə keçən günlərim mənim,İndi gəlir xəyalıma hicrində xab tək.

Məqtə — şairin təxəllüsü olan son beyt. Başın yetər səmayə şərafətlə, Seyyida,Eşqilə payimal ola bilsən türab tək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri