Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik,Dövləti-piri-müğandan möhnətü qəm çəkmərik.
İbtilayi-fəqrdən yüz zövqü ləzzət görmüşük,Biz bu aləmdə səfanı şahdən kəm çəkmərik.
Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal,Minnəti-Cəmşidü fikri-sağəri-Cəm çəkmərik.
Gər nihali-arizumuz rişəsindən xüşk ola,Minnəti-baranü feyzi-çeşmi-pürnəm çəkmərik.
Yansa dil, xak olsa tən, ey şəm suzi-eşqdən,Dudumuz çıxmaz bizim, ahi-dəmadəm çəkmərik.
Gəndümi-xalın görüb cənnətdən əl çəkməz o kim,Biz onun adını bu aləmdə adəm çəkmərik.
Məqtə — şairin təxəllüsü olan son beyt. Üz əgər verməz bizə, bir vəchi vardır, ol pəri,Seyyida, biz sən kimi rüxsari-dərhəm çəkmərik.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-durdi-mey-ta-vardir-biz-derdi-alem-cekmerik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey oğul, olma xəlq-ara nəmmam,Oldu nəmmam kimsə zati həram.
Hekayət (Gördü bir mərd kim, məgər şeytan)Gördü bir mərd kim, məgər şeytanBir uçuq büqədən baxır pünhan.
Oğluma nəsihət (Ey oğul, xəlqə söyləmə böhtan)Ey oğul, xəlqə söyləmə böhtan,Yaxşıya yaxşı ol, yamanə yaman.
İrəvan taciriBir nəfər irəvanlı bazərgan,Hacitərxanə pənbə etdi rəvan.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Nə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva
ما مرید پیر دیر و ساکن میخانهایمهمدم دُردیکشان و ساغر و پیمانهایم
Qoyma gələ, saqiya, zahidi meyxanəyəQoyma gələ, saqiya, zahidi meyxanəyə,Dönməyə meyxanəmiz məscidi-viranəyə
Məst yaxud sərxoşOf, bu məstin nə fəlakətli, yaman haləti var,Nə kərih mənzəri, bəd surəti, pis adəti var.