Of, bu məstin nə fəlakətli, yaman haləti var,Nə kərih mənzəri, bəd surəti, pis adəti var.Yıxılıb palçığa, tutmuş kimi sərsəm yuxusu.Nə üfunətli çıxır ağzının iymiş qoxusu.Düşdüyü yerdə düşübdür, bulaşıb üstü, başı,Cəlb edər nifrəti ətrafına muhiş baxışı.Paltarı varsa, girovdur, ya soyub ac lotular,Papağı, çəkməsi yox, kirli, cırıq köynəyi var.Getmək istər, dura bilməz, yıxılar, gah qalxar;Gah gülər, gahi təhəvvürlə söyər, sarsaqlar.Əsərək meyl eləyər gahi sağa, gahi sola,İki addım gedə bilməz, yıxılar bir də yola.Başı sınmış, üzü şişmiş yıxılıb-durmaqdan.Tərbiyətsiz, pis uşaqlar daş atıb, vurmaqdan,Örtülübdür gözünün üstü, şişibdir, qaralıb.İçki yıxmış bütün əsabın, rəngi saralıb,Ömrü sərxoşluq ilə badə gedib ləzzətsiz.Ac, səfil, müflisü biçarə yaşar izzətsiz,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana