Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.
Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi,Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən.
Zəbani-türk ilə agah eylər əhli-Qafqazı,Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən.
Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı,Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən.
Nəsimi sübhtək feyzi olub bu aləmə sari,Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.
Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə,Ki, verdi imperaturi-cahanpərvər ədalətdən.
Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami,Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.
Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid,Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən.
Məqtə — şairin təxəllüsü olan son beyt. İlahi padşahi-Rusun eylə dövlətin əfzun,Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-hezaran-sukr-kim-bir-sexsi-aliqedr-hummetden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Var idi bir maral çox ətşan,Gəldi bir çeşmə üstə ol heyvan.
Həmədan hakimiGəldi bir hakimi-ülüvv-məkan,Həmədan ölkəsində oldu əyan –
Həmədan kəndinin hekayəsiHəmədan ölkəsində xud əlanVardı bir qəryə, xəlqi çox nadan...
Hikmətİki aqil kəs eyləməz dəvə,Eyləməz bir-birinə büğz əsla.
Başqa şairlərin şeirləri
Sənə aşiq deyil lazım məgər, bunca tökərsən qan?
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli