Sərv hərçənd rüunətdə qədin tayı degil
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sərv hərçənd rüunətdə qədin tayı degil,Bu qədər var, sənin kimi o hərcayi degil.
Eyləyən sineyi-çaki hədəfi-tiri-bəla,Kiprigin oxları, yainki qaşın yayı degil?
Görüb əbrusunu şəmşirə baxırsan əgri,Zahida, başın üçün bu ramazan ayı degil.
Kimdi bəs sineyi-suzandə fəryadə gələn,Dil gedib zülfi ilə, bu dili-şeydayi degil.
Vayımı yar eşidib, vay könül, söylədi kim,Seyyidim çoxdan ölübdür, bu onun vayı degil.
Badeyi-sağərimi alma əlimdən, ey şeyx,Qismətimdir bu mənim, bu atovun payı degil.
Sinədə yarələrim saydı, dedi: “min” – cərrah,Səhv edib bu, hələ mindən birinin sayı degil.
Məqtə — şairin təxəllüsü olan son beyt. Demə, zahid nəzər etməz görə gər ol ayı,Seyyid, getmə kəc, axır bu qədər ayı degil.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-serv-hercend-ruunetde-qedin-tayi-degil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta niqab arizinə zülfi-dütadən saldı,Məni ol mahliqa şurü həvadən saldı.
Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydıNolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı,Alıb piyalə ələ yar meygüsarım olaydı.
Sanma güldür gətirən səhni-gülüstanə məniSanma güldür gətirən səhni-gülüstanə məni,Gülə sənsiz nəzər etsəm gətirər canə məni.
Bilməm ki, bu nə fitneyi-dövrü qəmər olduBilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu,Saqi, hanı xurşidi-mey, axır səhər oldu.
Başqa şairlərin şeirləri · Eşq
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.