Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.
Ey mövci-əşk axma, dəxi tutma yolların,Bir rəhgüzar ver, o büti-simbər gəlir.
Gəh yad zülfün eyləyirəm, gah kakilin,Bir fikri etməmiş, dilə fikri-digər gəlir.
Kəsmə ümid vəsldən əyyami-hicrdə,Ey dil, bu şam kim gedər, axır səhər gəlir.
Gər müjdeyi-visalı gələ, yoxdu faidə,Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir.
Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar,Bais nədir ki, biri-birindən bətər gəlir?
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid gedər, dedim, səri-kuyündən, ey pəri,Güldü ki, könlü məndədir anın, gedər, gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sanma-ki-cesmden-uzume-eski-ter-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim ki, istər özünü sərvəri-əyyam eləsin,Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.
Şivəsi gah qəzəb, gəh rəvişi naz olsunŞivəsi gah qəzəb, gəh rəvişi naz olsun,Təki bəzmimdə mənim bir büti-tənnaz olsun.
Cəm ikən rüxsarüvə zülfün pərişan eylədinCəm ikən rüxsarüvə zülfün pərişan eylədin,Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin.
İstərsən əgər, ey dili-şeyda, fərəh olsunİstərsən əgər, ey dili-şeyda, fərəh olsun,İç dilbər ilə sağəri-səhba, fərəh olsun.
Başqa şairlərin şeirləri · Eşq
Könül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
DolanırKönül quşu yenə havalanıbdı,Qalxıb ərş üzünə tağı dolanır.