Kim ki, istər özünü sərvəri-əyyam eləsin,Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.

Abi-Kövsərdə mənim hər nə nəsibim varsa,Döndərib rəbbim onu badeyi-gülfam eləsin.

Yar gəldi, hamı öz dərdinə məşğul oldu,Qalmadı kimsə ki, əhvalıma əncam eləsin.

Sən nə kutahsən, ey şami-visali-dilbər,Həq mənim ömrümü kəssin, sənə ənam eləsin.

Zülfü xəttin gətirir arizinə cananın,Kafər istər əcəba, kafəri islam eləsin?

Olsa nakamlığım gər o pərinin kamı,Dili-divanəmi həq dəhrdə nakam eləsin.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid ol zülfü rüxündən ki, hekayət söylər,İstəyir kim, günün ol vəch ilə axşam eləsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq