Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun,Təki bəzmimdə mənim bir büti-tənnaz olsun.

Xəlq hərçənd deyir bir gül ilə yaz olmaz,Çağırın ol gülü kim, məclisimiz yaz olsun.

Tayiri-könlümü seyd etdi qəzali-çeşmin,Bavərim yox bu cahanda belə şahbaz olsun.

Öldür, ey qaşı kəman, aşiqi min zillət ilə,Ta güruhi-şühəda içrə sərəfraz olsun.

Müstəcab oldu duamız ki, nigarım gəldi,Dəri-meyxanə gərəkdir bu zaman baz olsun.

Demənəm badə ilə et məni sirab, xuda,Bari, çox olmasa da qismətimiz az olsun.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, çəkmənəm ol dövri-müxalif qəmini,Təki ol dilbəri-xoşləhcə mənə saz olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq