Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin,Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin.
Bağə girdin ol üzari-aldən açdın niqab,Qönçənin bağrın həsəddən dəmbədəm qan eylədin.
Ərzi-rüxsar eylədin gülşəndə, ey gül bülbülə,Bülbülü gülzari-eşqində pəşiman eylədin.
Boynuma saldın o müşkin zülfüvün zünnarını,Ey büti-tərsa, məni eşqində Sənan eylədin.
Oldu hər bir zərrədən eşqin təcəllası əyan,Aləmi Musa tək, ey xurşid, heyran eylədin.
Kənzi-məxfidən əyan oldu düri-şəhvarlər,Qətrəni, ey bəhri-ehsan, dürri-qəltan eylədin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gah işvə, gah qəmzə, gah xişmü, gah naz,Seyyidə hər gündə bir növ ilə ehsan eylədin.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-cem-iken-ruxsaruve-zulfun-perisan-eyledin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yad ol günlər ki, bavər eyləməzdim, ey könül,Gər şikayət eyləsəydi kimsə hicri-yardən.
Eşitdim ta qiyamət qamətindən bir əlamətdirEşitdim ta qiyamət qamətindən bir əlamətdir,Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir.
Ruzi-qətli Seyyidin eylər neçin yar iztirabRuzi-qətli Seyyidin eylər neçin yar iztirab,Gər bu məzlumə o şuxi-səngdil qatil degil?
Hər zaman derlər ki, qıl bir tazə dilbər arizuHər zaman derlər ki, qıl bir tazə dilbər arizu,Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaDüşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.