İstərsən əgər, ey dili-şeyda, fərəh olsun
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İstərsən əgər, ey dili-şeyda, fərəh olsun,İç dilbər ilə sağəri-səhba, fərəh olsun.
Öp ləli-ləbi-dilbəri, iç badeyi-gülgun,Məcuni-müfərrehdi, sənə ta fərəh olsun.
Sərbəstə müəmmadı sor ol qönçə dəhanı,Şayəd ki, açılsın bu müəmma, fərəh olsun.
İç badə ki, olsun iki əmrin biri hasil,Ya qüssə gətirsin sənə mey, ya fərəh olsun.
Mövquf isə qəlbin fərəhi qətlimə, billah,Öldür məni, ey dilbəri-ziba, fərəh olsun.
Məqtə — şairin təxəllüsü olan son beyt. Giryan səni gördükdə olur gül kimi xəndan,Tək ol gülə, ey Seyyidi-rüsva, fərəh olsun.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-istersen-eger-ey-dili-seyda-fereh-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedi bir əhli-elmə bir zalim –Key olan şər sirrinə alim!
Bir dostun məktubuna cavabƏssəlam, ey güli-gülzari-vəfa!Əssəlam, ey gühəri-bəhri-əta!
Bir məktuba cavabBir vəqti-xocəstə, hiyni-xürrəm-Kim, talib idi könül dəmadəm.
Bir məktuba cavabDusti-girami, sənə olsun səlam!Sənsiz olub eyş bizimçim həram.
Başqa şairlərin şeirləri · Eşq
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Zərafətim varQurban olum sənə, vəfalı dilbər,Əfv elə, təqsirim, xəcalətim var,
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.