O gün olsun ki, genə məclisə dilbər gəlsin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
O gün olsun ki, genə məclisə dilbər gəlsinÇıxıban bürcdən ol mahi-münəvvər gəlsin.
Genə saqilər ələ badeyi-gülgun alsın,Bəzmə mina düzülüb, gərdişə sağər gəlsin.
Bəzmi-işrətdə əgər yar ola, bir haləti var,Məst olub rəqs eləsin, haləti-digər gəlsin.
Nuşbada!–ləb açıb badəni şirin etsin,Təlx mey zaiqeyi-canıma şəkkər gəlsin.
Səhldir kim, edəsən qanımı su kimi rəvan,Tək sənin qaşlaruvun tiğinə cövhər gəlsin.
Ey məni ol məhi-xurşidliqadən ayıran,Görüm aləmdə günün şamə bərabər gəlsin.
Gərçi hicranda, könül, bəd keçinir əhvalın,Şükr qıl, olmaya bundan dəxi bədtər, gəlsin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Tövbə etdin meyi-gülfamdən, ey Seyyidi-zar,Hələ səbr eylə ki, fəsli-güli-əhmər gəlsin.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-o-gun-olsun-ki-gene-meclise-dilber-gelsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgərçi həşrdə peyda o sərvqamət olur,Fəzayi-məhşər ara özgə bir qiyamət olur.
Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Qəhri o təbibin dili-bimarım üçündür?
Ol üzü xurşid kim aşiqlərin cananıdırOl üzü xurşid kim aşiqlərin cananıdır,Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır.
Bülbülün hali-dilin novgüli-gülzar bilirBülbülün hali-dilin novgüli-gülzar bilir,Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir.
Başqa şairlərin şeirləri · Eşq
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gülşəni-raz, fəsil 51نگر کز چشم شاهد چیست پیدارعایت کن لوازم را بدینجا
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi