Bənövşə
Bu gün səhər keçəndə bir meşənin içindənBir bənövşə dərdim mən.Boynunu əydi yenəDedi bənövşə mənə:– Oğlan, kimsən, nəçisən?Qoydun gözəl laləni,Niyə dərdin məni sən?Düzəltdim mən boynunu,Sinəmə basdım onu.Dedim: – Gözəl bənövşə!Sən yaxşı bax üzümə,Gəl qulaq as sözümə.Sən, altında gəzdiyimGöylər kimi qəşəngsən,Bu göylərin altındaBir gözəl qız sevdim mən!– Axı bundan mənə nə?– Dayan, deyim mən sənə,– Onun adı – Bənövşə!– Onun gözü – bənövşə,Onun hər bir mahnısı,Şirin sözü bənövşə!İndi, onu gəzirəm...Bax, sinəmdə bu dağa!Uçdu göyərçin kimiO qız getdi uzağa...Bənövşə bir kədərləQulaq asdı sözümə,Tərpəndi asta-asta,Baxdı mənim üzümə:– Gedək, – dedi, a dostum!Gəzək dağı, meşəni,Haray salaq çöllərə,Axtaraq bənövşəni!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-benovse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir insan doğuldu... Öldü... yığıldı,Danışdı “natiqlər”... Yaşardı min göz.
Barını yediyin ağacı kəssənBarını yediyin ağacı kəssən,Özün barlı ağac ola bilməzsən!..
Qonşum çapdı divarıQonşum çapdı divarı,Batdı bu gün qan-tərə,
Min cür əyri yolu varMin cür əyri yolu varDünyada xəyanətin,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
غمش با هر دلی سودا و بازار دگر دارد
Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamazFeyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
Novcavan ol pir ikən, dövran ki, canan dövridirNovcavan ol pir ikən, dövran ki, canan dövridir,Şad ol ey xəstə könül, kim, dərdə dərman dövridir.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar