Ey Səfi, şahi-Nəcəf evi sənə məskən ikən,Niyə ol ruzəni tərk etdin əgər adəm idin.

Olmadı gün kimi yarın sərikuyində yerin,Sən məgər ol vəfa bəzminə naməhrəm idin:

Süst rayin səni məhrumi-visal etməz idi.Rəhi eşq içrə əgər sabiti müstəhkəm idin,

Qürb övlad-Əlidir səbəbi rəhməti-həqq.Sən bu mənada məgər cahili la-iələm idin.

Kəfin əshabını tərk etmədi, sək, bir saətSən ki, insan idin, axmaq, məgər onda kəm idin?

Müstəqit olsaydı eşqilə təbin daim,Həqətək dərgahi-mövlada bəsi möhkəm idin.

Dəsti- ixlas ilə canan ətəyin tutsaydın,Şərəfi rütbədə sultan hamu-aləm idin.

Qənbəra, Valehi, tən etmə ki, bəc biqəmdir.Sən dəxi cahil əgər olsaydın, biqəm idin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq