Gül dövridir əlində kömək kim ayağı var,Kövsər suyilə bağı-cinandan fəraği var

Bülbül nida edər ki saqın qafil olma göz,Eyş etmə ki şahi-gülün yasağı var

Hər namihəl uzatmağa daməninə əl,Hər xarı xəncər etdi gülün çox yarağı var

Məqul odur ki qoymaya əldən piyaləniŞol aşiqin ki sinədə gül kimi dağı var

Nitqi, şərabi-şövqilə layə'qil olalı,Şürbi-müdam və eyşi-cahandan fəraği var

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana