Bir də görsəm, göz açıb, gər ol güli-rəna yüzün,Görmək istərsəm, gözüm çıxsın əgər dünya yüzün.

Eşqdə Sənan olub, zünnarə etməzmi həvəsGörsə zahid gər sənin tək bir büti-tərsa yüzün.

Xalü xattin əksi çeşmimdə cəmalın şövqdənXeyli-hindudur ki, Rum üçün tutub dərya yüzün.

Dağə çaldı cani-şirinin qurtardı Kuhkən,Şuri-əşkim seyli ta gördü tutub səhra yüzün.

Nuru batsın çeşmimin görmək təmənna eyləsəmMahi-rüxsarın qoyub mehri-cahanara yüzün.

Üz sürürlər bunca kim, üşşaq xaki-payüvə,Üz çəkib, ey mahi-rüx, göstərmə istiğna yüzün.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nuru artıb çeşmimin başım fələklərdən keçər,Bir də görsəm, Seyyid, ol mahi-mələksima yüzün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri