Mən eylə bilirdim ki, mənə yar olacaqsan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mən eylə bilirdim ki, mənə yar olacaqsan,Aləmdə mənə yari-vəfadar olacaqsan.
Man eylə xəyal etmiş idim ey güli-rəna,Sərbəstə olan qəmlərə qəmxar olacaqsan.
Əvvəl eləyib mehrü məhəbbət mənə, axırMəndən, nə bilim ki, belə bizar olacaqsan.
Rövşən elədim şəmi-cəmalın, nə bilim ki,Əğyarə-gedib şəmi-şəbi-tar olacaqsan.
Dil verməz idim mən sənə, ey yari-dilazar,Bilsəydim əgər beylə dilazar olacaqsan.
Sərməst meyi-hüsnü səfasən hələ, ey gül,Ol vəqt ki, hüsnün gedə huşyar olacaqsan.
Məğrursən, ey gül, xəbərin yoxdur özündən,Əyyami-xəzan gəlsə xəbərdar olacaqsan.
Bir vəqt olacaqdır ki, sən, ey Yusifi-sani,Üşşaqi-siyəhbəxtə xəridar olacaqsan
Məqtə — şairin təxəllüsü olan son beyt. Xar eylədi ol gül səni əğyar yanında,Seyyid, hələ bundan dəxi sən xar olacaqsan.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-men-eyle-bilirdim-ki-mene-yar-olacaqsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir şəxs mədyun olub xəbti-dimağ eləmişdi. Buna görə peyğəm-bərlik iddəası elədi. Onu padşah ehzar edib ki, belə məsmu oldu ki,
Dəllək və xacəBir dəllək bir xacənin başın təraş qılırdı. Dəlləyin əli titrəyib bircüzi onun başından məcruh elədi. Xacə fəryad elədi: – Ey usta, başımı
Padşah və zərifBir zərifdən bir günah sadir olmuşdu. Padşah hökm elədi ki, onunburnunu deşib, bir ip taxıb küçə və bazarı dolandırsınlar. Zərif ərz
Ərəb və naqəBir ərabinin on dəvəsi var idi. Birinə süvar olub doqquzunqabağına salıb gedirdi. Dəvələrin saydı gördü ki, doqquzdur. Amma
Başqa şairlərin şeirləri · Eşq
Əndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.