Şəm kim, rovşən olub yanmağa pərvanə üçün
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şəm kim, rovşən olub yanmağa pərvanə üçün,Yanmağından dəxi pərvanəyə pərva nə üçün?
Verməyim xalüvə ey gül, niyə mən dünyanı,Çəkdi cənnətdən əl Adəm elə bir danə üçün.
Bilmirəm zülfü üçün şanəni xəlq etdi xuda,Ya ki, zülfi-siyəhin xəlq eləyib şanə üçün?
Bunca kim, hüsnünü Qurandə vəsf etdi xuda,Bilmişəm kim, eləyib məşq onu meyxanə üçün.
Piri-meyxanə Əlidir, odur ənvari-cəli,Aşinanı tanı, seyr eyləmə biganə üçün.
Olmasaydı gili-Adəmdə cəmalından əsər,Qabil olmazdı onun tinəti peymanə üçün.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, eyləmə övsafi-Əlidən qeyri,Ömrüvi sərf eləmə hər yetən əfsanə üçün.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sem-kim-rovsen-olub-yanmaga-pervane-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xoş ol zaman ki, qapında gədalığım var idi,Bu etibar ilə bir padşalığım var idi.
Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş kiOlmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki,Ya ki hərgiz olmayaydı dərdi-firqət kaş ki.
Genə bir namə ilə yadə salıb yar məniGenə bir namə ilə yadə salıb yar məni,Bəxt handan bu işə gördü səzavar məni.
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idiEy xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.
Başqa şairlərin şeirləri · Eşq
Ovcumda bir daş vardır...Zümrüd kimi, sevdiyim
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.