Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.

Getdi ol günlər ki, zülfü arizindən ol məhin,Sünbülüm, müşküm, gülüm, bağım, baharım var idi.

Rəşk edib dövri-fələk məndən ayırdı aqibət,Dərdü qəm dəfinə kim, bir qəmküsarım var idi.

Barilaha, bir də mən görrəm ola ol günləriKim, visali-yardə xoş ruzigarım var idi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, bir də görüb ölsəm əgər, olmaz qəmim,Ol zamani kim, vüsali-gülüzarım var idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq