Vəsli-yar ilə yetişdi hamı bayramə, könül
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vəsli-yar ilə yetişdi hamı bayramə, könül,Yetmədin dövləti-didar ilə sən kamə, könül.
Daneyi-əşk töküb etmə təmənnayi-visal,Gəlməz ol mürği-hümapişə bizim damə, könül.
Xəlqə eyd oldu, vəli, mahi-məhərrəmdi mənəKi, fəraq ilə günüm döndü bu gün şamə, könül.
Göz qərasın həll edib xameyi-müjgan ilə,Yeri vardır yazasan dilbərə bir namə, könül.
Ruzi-eyd oldu, mənim yari-güləndamım yox,Nə həvəs eyləyim ol badeyi-gülfamə, könül.
Yetmək olmaz bu gün ol dilbəri-siminbədənə,Düşmə bica yerə sən bu təməi-xamə, könül.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, ol məhi-bimehr fərağında bu günNə edər badəyə rəğbət, nə baxar camə könül.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-vesli-yar-ile-yetisdi-hami-bayrame-konul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey oğul, alim olsa xoştinətMali-dünyayə eyləməz rəğbət.
Qonağın macərasıBir fəqir oldu bir fəqirə qonaq,Bir evi var idi necə çardaq.
Sualın cavabıEy büti-gülrüxü sənubərqəd,Yarın olsun sənin xudayi-əhəd.
İskəndərin vəsiyyətiDəmi-nəzi-rəvanda İskəndərEylədi bir vəsiyyət ol sərvər –