Vaizi-şəhr özü iqrarına etsəydi əməl,Düşməz idi bu qədər din ilə dünyayə xələl.

Qovli-zahidlə əməl etməmişəm, həşr günüVar ümidim ki, mənə dadrəs olsun bu əməl.

Bir əyağ ilə dəmağın edə tər zahidi-xuşk,Kafərəm çəksə əgər badeyi-gülfamdən əl.

Oğlun ölsün, bu qədər məscidə getdin bəsdir,İmtahan etmək üçün bircə də meyxanəyə gəl.

Xum ayağına qoyub başuvi, al dəstüvə cam,Ta ola kəşf sənə nükteyi-əsrari-əzəl.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şövqdən köhli-Sifahan kimi dürtər gözünə,Seyyida, yetsə əgər Zuiyi-zarə bu qəzəl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana