Dur, saqi, ayağa, ver dolu cam,Bu səy ilə hasil olmadı kam.

Candan məni dərdi-hicr saldı,Dil vəsldən oldu çünki nakam.

Ol kuyi-nigaridən keçəndə,Ey bad, yetir o yarə peyğam.

Hicrində de yarə, qalmamış tab,Fikrin nədir, ey büti-güləndam?

Həsrətlə bu ruzigar keçdi,Hasil olacaq nə vaxt bəs kam?

Gəl-gəl ki, bu hicri-cangüdazınQoymadı könüldə səbrü aram.

Səbr eyləyirəm bu dərdi-hicrə,Axır nə olar görüm sərəncam?

Məqtə — şairin təxəllüsü olan son beyt. Bilməm ki, neçin rəva görürsənBu Şaiqə zülmü, ey şəkərfam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq