Çıxdı kənddən üç ayın müddətinə usta Səfər,Fəhləlik qəsdi ilə etdi yaxın şəhrə səfər.Keçdi üç ay, hələ ondan nə xəbər var, nə pəyam,Gözləyir ailəsi kənddə onu biaram.Qış idi, qar da yağır, səslənir hiddətlə boran,Bir çıraq idi həzin daxmada tək hakim olan.Qapı ağzında həzin mürgüləyir sısqa çocuq,Başının kölgəsi divarə düşüb, rəngi soluq.Bir tərəfdə anası hey əyirir cəhrəsini,Qəmli zülmət bürümüş alnını, həm çöhrəsini.Ötürür köksünü tez-tez, düşünür: noldu Səfər?Gedəli dörd ay olur, bax, nə kağız var, nə xəbər!Bir bəlamı ona üz verdi, aman, ey Yaradan?Ey əcəl, qıyma əziz körpəmə, qəhrindən utan!Rəhm elə körpəmə sən, həm də bu bədbəxt qadına.Neylərik vursa əcəl – bir canavar pəncə ona?Baxdı tez körpəsinə, qəlbinə doldu qorxu:– Dur, quzum, mürgüləmə, gir yatağa, rahət uyu.Oğlu qəmli səs ilə inlədi: – Dur, birgə yataq.– Hövsələm yox, məni yordu bu kədər, cəhrə, yumaq.Nə üçün, ah, bu dünya mənə zülmət görünür?Gözlərim hey qaralır, ah, ürəyim də döyünür.– Ağlama, ah ana can, – qalxaraq o körpə dedi,Başını madərinin çiyninə dalğın sökədi.Bir səs oldu qapıda, qalxdı uşaq cəld qaçdı,“Bax, atam gəldi” – deyə o, qapını tez açdı.Qapıdan girdi Səfər şad, səlamət, xürrəm,Balası qaçdı sarıldı ona möhkəm-möhkəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Murad

Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacıqardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.

19106 dəq
Şələquyruq

Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.

19137 dəq
Cümənin qəzəbi

Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”

19123 dəq
Oyunçu bağalar

Böyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?

193421 dəq

Başqa şairlərin şeirləri