Oğluma nəsihət (Ey oğul, alim olsa xoştinət)
Ey oğul, alim olsa xoştinətMali-dünyayə eyləməz rəğbət.Deyib ol padşahi-ərzü səmaHübbi-dünyadü rəsi-külli-xəta.Çün həlali hesabdır malın,Həm hərami əzabdır malın.Nə gərəkdir sənə bu dövlətü malYüküvü yüngül eylə, ey həmmal.Ey oğul, var cahanda çox molla,Güzəranı üçün edər qovğa.Qeyrəti-milləti bəhanə qılar,Gündə xəlq içrə yüz fəsanə qılar.Əhli-dünyayə eyləyər lənət,Özü dünyayə eyləyər rəğbət.Daima əğniyayədir meyli,Əhli-fəzlin olubdu sərxeyli.Füqəranı görəndə nifrət edər,Ona bikarlıqda töhmət edər.Əğniya gəlsə bəzminə, o zamanGüli-həmra kimi olur xəndan.Bir qəni eyləsə əgər üsyan,Saz edər söhbətində yüz bürhan.Filməsəl bir qəni gər içsə şərab,Ona təcviz üçün açar min bab.Görsə kim, bir fəqir edir üsyan,Lən edər ol fəqir üçün hər an.Özünün həddən ötdü üsyanı,Məhv edibdir füsunu şeytanı.Deyəsən ol səfihə, ey xənnas.
**Oxudunmu “ətəmirunən-nas”.Eyləyirsən məzəmməti-hər kəs,Niyə öz nəfsüvü unutdun bəs?Alim öz elminə edəydi əməl,Düşməz idi bu qədr dinə xələl.Rəsmdir alim olsa əhli-fəsad,Aləmi ol fəsad edər bərbad.Uyma mollayə, olma çox da avam,Sanma təhtülhənək, qurubdur dam.Baxma təsbihə, olma divanə,Xam olan quşlara gərək danə.Sanma alnında səcdədəndir əsər,Gecə qoymuş həcamət ol kafər.Xatəmindən demə Süleymandır,Divdir ol ləin, şeytandır.Ah, ah, ey cənab peyğəmbər!Dinüvü zaye etdi bu kafər.Eyləyib şərüvi vəsileyi-nan,Bu şərirü ləinü biiyman!Vəqtdir, eylə çarə islamə,Tazədən sal işi sərəncamə.Cövrü zülm ilə doldu mülki-cahan,Ədlü qist ilə eylə bir saman.Qıl hidayətlə aləmi abad,
**Hanı bəs ol “likulli qövmün had”.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ogluma-nesihet-ey-ogul-alim-olsa-xostinet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta könül seydinə səyyad o gözü qaş oldu,Aləmə razi-nihanım dağılıb faş oldu.
Ta niqab arizinə zülfi-dütadən saldıTa niqab arizinə zülfi-dütadən saldı,Məni ol mahliqa şurü həvadən saldı.
Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydıNolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı,Alıb piyalə ələ yar meygüsarım olaydı.
Sanma güldür gətirən səhni-gülüstanə məniSanma güldür gətirən səhni-gülüstanə məni,Gülə sənsiz nəzər etsəm gətirər canə məni.
Başqa şairlərin şeirləri
Ey ölüm, oy, nə yaman siman var:Qaşqabaqlı, qara, çirkin, yassar.
Düşə bir də nəzərim mehri-rüxi-cananəDüşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.
خوب دانَد حسابِ خویش جهاناین مُحاسب بسی ذَکی باشد
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.