Rəhm etmədi əhvalıma yarım, belə keçdi,Bir baxmadı ol nazlı nigarım, belə keçdi.

Həngami-bahar oldu, işim beylə xəzandır,Ya rəb, necolur, çünki baharım belə keçdi.

Gündüzlər işim nalə, gecə göz yaşı həmdəm,Ol zülfü rüx eşqində mədarım belə keçdi.

Saldım özümü payi-səməndinə o şahın,Lütf etmədi ol şahsüvarım, belə keçdi.

Yar özgələrin məclisinin oldu çırağı,Mən hicrdə qaldım, şəbi-tarım belə keçdi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, o qara gözlü mənim kəsdi qərarım,Səhrayi-məhəbbətdə qərarım belə keçdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq