Öyüd
Ey oğul, olma hiç gidyə-tələb –Ki, gədalarda yoxdu şərmü ədəb.Rəsmdir kim, gəda olur kahil,Kahili küfr söyləyib aqil.Mərdi-kahildə kim görüb qeyrət,Abi-rudən düşər o bədtinət.Eyləməz taəti-xudayi-cəlil,Olu bietibar, xarü zəlil.Olma dun-təb olan xəsisə cəlis –Ki, xəsisin olur cəlisi xəsis.Eyləmə hər gəda ilə ülfət,Şəxsi-təmadən elə nifrət.Ey oğul, tutma nanəcib ilə xu,Türkdə bir gözəl məsəldir bu:At yanında ki, bağladın yabu,Rəngi bir olmasa, olur həmxu.Fürsdə bir səramədi-dövranBu sözü beylə eyləyibdü bəyan:“Xupəzir əst təbi-insani,
**Babədan kəm nişin ki, bəd mani”.Ey oğul, bu hekayəti-zibaSənə bu macəranı eylər əda:
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-oyud-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgər olsaydı əql ilə dövlət,Olan əqli tapardı bəs izzət.
Çoban əhvalatı (Nagahan şəhrə gəldi bir çoban)Nagahan şəhrə gəldi bir çoban,Gəzdi bazari haimü heyran.
MünacatBarilaha, behəqqi-həştü çahar,Xabi-qəflətdən et bizi bidar.
Oğluma müraciət (Cəfəra, bavər eylə kim, Quran)Cəfəra, bavər eylə kim, QuranVəhydir, nazil eyləyib sübhan.