Genə bir namə ilə yadə salıb yar məni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Genə bir namə ilə yadə salıb yar məni,Bəxt handan bu işə gördü səzavar məni.
Məni ol mahliqa yadına salmaz, bilirəm,Gündə bir müjdə ilə alladır əğyar məni.
Şəbi-hicran məni, ey mah, təmam etmiş idi,Saxlayıb zində belə vədeyi-didar məni.
Fərəhimdən ölərəm gər səni birdən görsəm,Gəlməgindən irəli eylə xəbərdar məni.
Dürri-göftari-dəhanınla edibdir xoşhal,Ey ləbin sədqəsi, yoxdan eləyən var məni.
Bülbüli-gülşəni-qüds idim, əzizi-dü cahan,Bir gül eşqində fələk eylədi gör xar məni.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, əmmaməmi al başdan əyaği-meyə ver,Sərgiranəm tut əlim, eylə səbükbar mani.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-gene-bir-name-ile-yade-salib-yar-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir göl içrə üzürdü bir yekə qaz,Özünə fəxr edib uzatdı boğaz.
Siçan və balasıBir ədəd bikəmal bəççeyi-muş –Ki, hənuz olmamışdı sahibhuş,
Siçan və pişik (Var idi bir şəhrdə bir bəd pişik)Var idi bir şəhrdə bir bəd pişik –Kim, yox idi bir belə mürtəd pişik.
Süleyman və qarğaBelə nəql etdi raviyani-kəlam –Ki, Süleyman nəbi əleyhi-səlam.
Başqa şairlərin şeirləri · Eşq
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Anlagil eşq nədir, dinlə, nə mənadır buAnlagil eşq nədir, dinlə, nə mənadır bu!Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu!
اشکش چکید و دیگرش آن آبرو نبوداز آب رفته هیچ نشانی به جو نبود
Fəraqın qəm əliylə canımızda bir tikan qırdıDeyərdin, uçdu bir ox, zindana dəydi, haman, qırdı.