فراقت نیش غم ما را چنان در جان شکست ای جانکه گفتی تیر جست از شست و در سندان شکست ای جان

Fəraqın qəm əliylə canımızda bir tikan qırdı,Deyərdin, uçdu bir ox, zindana dəydi, haman, qırdı.

ندید از کان عشق ای بت دل من گوهر وصلتکه دل را با تو هم زاول گهر در کان شکست ای جان

Vüsalın cövhərini gəzdi könlüm eşq kanında,Tapılmazdır, qıranda könlümü sən, onu kan qırdı.

چو در زلفت نهادم دل برفتی زلف بشکستیبدان تا با خم زلفت دلم یکسان شکست ای جان

Könül bənd oldu zülfündə, gedib zülfünü kəsdirdin,Mənim də könlümü zülfünlə birlikdə qıran qırdı.

چو تو زخمم زدی بر دل من افغان بر فلک بردمفلک را پشت و ما را دل بدین سان زان شکست ای جان

Yara aldıqda səndən qəlbim, ərşə qalxdı əfğanım,Fələk qəddimi, kövrək qəlbimi bircə yaran qırdı.

لب و چشم ترا پیمان و ایمان بود لیک اکنونهم این زنار بست ای دل هم آن پیمان شکست ای جان

Ləbin peymanı vardı, gözlərin iymanı, bəs indi?Bu öz iymanını atdı, o peymanı yaman qırdı.

به جان گر بوسه ای خواهم ز تو زنهار تا ندهیکه کالای ترا از بهر خود نتوان شکست ای جان

Verib can nəqdini, bir busə səndən istəsəm, vermə,Deyərlər, qiymətini gövhərin bir xəstə can qırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq