Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki,Ya ki hərgiz olmayaydı dərdi-firqət kaş ki.
Olmayaydım ol pəri eşqində rüsvayi-cahan,Çəkməyəydim dustü düşməndən şəmatət kaş ki.
Göstərib əvvəl vəfa, axır olurlar bivəfa,Olmayaydı xubrulərdə bu adət kaş ki.
Ya verəydi həq sənə bir rəhm, ey bidadgər,Ya olaydı məndə bu hicranə taqət kaş ki.
İnciyib ahü fəğanımdan, kəm etdin cövrünü,Etməyəydim cövrü zülmündən şikayət kaş ki.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, yarı görüncə vəsldə əğyar ilə,Xud qalaydım hicrdə didarə həsrət kaş ki.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-olmayaydi-mende-ya-reb-bu-mehebbet-kas-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey Yusifi-Misrdən cəmalın əmləh,Nəsrin hamı şeri-şüəradən əfsəh.
Başdan ayağa eylədim afaqə nigahBaşdan ayağa eylədim afaqə nigah,Hər bir yeri gəzdim elədim mənzilgah,
Sondu mənə piri-meykədə cami-səbuhSondu mənə piri-meykədə cami-səbuh,Vəh, vəh, nə səbuh, feyzi-dil, rahəti-ruh.
Həngami-hilali-eyd, ol məh nagahHəngami-hilali-eyd, ol məh nagah,Bam üstə çıxıb edərdi hər yanə nigah.
Başqa şairlərin şeirləri · Eşq
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,