Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sənsiz, ey ruhi-rəvan, təndə təvanım yox idi,Təni-zarımda təvan, cismdə canım yox idi.
Ölməyib hicrdə kim vəslinə yetdim, ey məh,Səxtcan olduğuma böylə gümanım yox idi.
Olmasa kimsə qəmimdən mənim agəh deyibən,Gərçi dərdim çox idi, ahü fəğanım yox idi.
Ta səhər zülfi-siyahü dəhənin yadı ilə,Yox idi şəb ki, mənim suzi-nihanım yox idi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kakilin şövqi ilə Seyyidi-sərgəştə kimi,Dolanırdım, o səri-kudə məkanım yox idi.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sensiz-ey-ruhi-revan-tende-tevanim-yox-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir təvangər əvami-dəryadilGöndərir oğlun elm edə hasil.
Çobanın hekayəsiYay günü şəhrə gəldi bir çoban,Dəyənək əldə, seyr edib hər yan.
Dilənçi və xəsisVar idi bir bəxili-sahibmal,Bir fəqir gəldi ondan etdi sual,
Əzudüddövlənin oğlunun xəstələnməsiƏzudun oğlu oldu çün bimar,Atasından tükəndi səbrü qərar.