Yurd uğrunda
Yurddan ayrı iki gözüm görməsin,Tale məni yad ellərə sürməsin,Tanrı mənə qürbət dərdi verməsin,Qürbət dərdi çəkiləsi dərd deyil.
Ulus eşqi duyğuları oxşayar,Yurddaş olan yurd adım daşıyar,Malbaş olan öküz kimi yaşayar,Məncə, bu söz o qədər də sərt deyil.
Yurdsuzlara yurd yasaqdır həyatda,Öz yurdundan kim uzaqdır həyatdı?!Alnı açıq, üzü ağdır həyatdaO insan ki el yanında pərt deyil.
Yurd sevgisi başdan-başa ürəkdir,Böyüyə də, kiçiyə də gərəkdir,Yurddaş olmaq ən şərəfli diləkdir,Şair olmaq, alim olmaq şərt deyil.
Ulu sevgi yurddur ulus oğluna,Torpaq ana basar onu bağrına,Rəfiq Zəka, öz yurdunun uğruna.Öz canını əsirgəyən mərd deyil.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yurd-ugrunda
← → düymələri ilə keçid, R — təsadüfi şeir