Haraya getsəm, oğul, ünvanımızdır bu vətən
Haraya getsəm, oğul, ünvanımızdır bu vətən,Bir ömür dastanımızdır bu vətən.
Adımızdır, sanımızdır bu vətən,Əzəli şöhrətimizdir, şanımızdır bu vətən!
İrzimiz, namusumuz, vicdanımızdır bu vətən!Duyğular ümmanımızdır bu vətən!
Yağılardan əbədi qorxusu yox, ürküsü yox,Kim deyir ki, ucalan türküsü yox?!
Bayrağı al qanımızdır, qanımızdır bu vətən,Dərdimiz, dərmanımızdır bu vətən!Dilinin zövqünü kimlər bilməz,Ruhunu, şövqünü kimlər bilməz?!
Atamızdır, anamızdır bu vətən,Ulusun eşqi olan loğmanımızdır bu vətən.
Canımızdır, canımızdır bu vətən,Can Azərbaycanımızdır bu vətən!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-haraya-getsem-ogul-unvanimizdir-bu-veten
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qardaşlarım, irqdaşlarım,Soydaşlarım, türkdaşlarım,
Var olsunYurda xor baxanlar xar olsun, qızım,Ar olsun onlara, ar olsun, qızım!
MəhəbbətMəhəbbətdən doğub dünya ki dünyadır məhəbbət də,Məhəbbətsiz nə varlıq var, nə yoxluq var bu xilqətdə.
Qadınlar olmasaQadınlar eşqinə şairlənər ürəklərimiz,Qadınlar olmasa olmuşdu puç diləklərimiz.