Qardaşlarım, irqdaşlarım,Soydaşlarım, türkdaşlarım,Sizlərsiniz ərkdaşlarım,Türk Türkə ögey olmasın.

Ulduza eş Ay olsun da,İsiniz kolay olsun da.Olarmı halay olsun da,Tanbur, qopuz, ney olmasın?!

Türklük çocuğun düyünü,Duyan günü türklüyünü,Duyacaq böyüklüyünü,Ayıq olsun, key olmasın.

Adımız ərzi dolaşır,Ay bayrağımız alışır,Düşmanlarımız çalışırTürkümüzdə hey olmasın.

Gülüstanımız soldu, ah,Çalağanlarla doldu, ah,Bizlərə olan oldu, ah,Sizlərə bir şey olmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri