Tankla mərmiylə, topla doğrandı,Parçalandı silahsız insanlar!Yandırıldı, yaxıldı, odlandı,Öldürüldü pənahsız insanlar!

Ordusuz yurda ordular doldu,Bağçalar yandı, qönçələr soldu,Bakının bağrı tarimar oldu,Güllələndi günahsız insanlar!

Verdi fərman quduzların quduzu,Qırdı alçaq bölük-bölük oğuzu,Tapdadı pəncələrlə yurdumuzuTapdadı o ilahsız insanlar.

Ruhumuz oldu neydən, Allahım,Xalqımız düşdü heydən, Allahım!Görməyirdinmi göydən, Allahım,Necə qalmışdı ahsız insanlar?!

Zorbalar əylənib də gülsünmü?Yavrular torpağa gömülsünmü?Qan içənlər əlində ölsünmüBu zavallı sabahsız insanlar?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən